Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb.
Hit.az xəbər verir ki, 1-ci gündə 4 matç keçirilib. Nəticədə 1/4 finalın ilk 4 iştirakçısı müəyyənləşib.
"Mançester Siti" 1 həftə əvvəl 0:3 hesabı ilə uduzduğu "Real"ı qəbul edib. "Çelsi" ötən həftə əvvəl məğlub olduğu PSJ ilə qarşılaşıb. "Arsenal" ilk matçda bərabərə qaldığı "Bayer"lə evdə üz-üzə gəlib. Cari mövsüm turnirdə sensasiyalar yaradan "Budo-Qlimt" isə "Sportinq"lə bu dəfə Portuqaliyada oynayıb (ilk görüş - 3:0).
İlk oyunların və cavab matçlarının nəticələrinə əsasən, "Real", "Sportinq", PSJ və "Arsenal" 1/4 finala adlayıb.
UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları
17 mart
21:45. "Sportinq" (Portuqaliya) - "Budo-Qlimt" (Norveç) - 5:0
Qollar: İnasio, 34, Qonçalves, 61, Suarez, 78-pen, Arauxo, 92, Nel, 120+1
İlk oyun - 0:3
00:00. "Arsenal" (İngiltərə) - "Bayer" (Almaniya) - 2:0
Qol: Eze, 36, Rays, 63
İlk oyun - 1:1
00:00. "Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 0:3
Qollar: Kvaratsxeliya, 6, Barkola, 15, Mayulu, 62
İlk oyun - 2:5
00:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 1:2
Qollar: Haaland, 41 - Vinisius, 22-pen, 90+3
Qırmızı vərəqə: Bernardo, 20 ("Mançester Siti")
İlk oyun - 0:3