Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, hökumətin qərarı ilə ölkə daxilində bütün inzibati binalarda dövlət bayraqları endiriləcək.
Xatırladaq ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. O, bu gün Müqəddəs Üçlük Kafedralında dəfn olunacaq.