Bakı Slavyan Universiteti (BSU) dəftərxana və təsərrüfat mallarının alınmasına 97 164 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, BSU-ya satışı “Azərbaycan Reklam İstehsalat Mərkəzi” MMC edəcək.
Universitet və şirkət arasında müqavilə bağlanıb. Buraya qələm, karandaş, kağız, qovluq, yapışqan, boşqab, çəngəl, qaşıq və s. daxildir.
Cabir
Tarix: 18 Mart 2026, 09:34