AZ

Prezident və ailəsini şantaj edənlər qanunun imkan verdiyi ən sərt şəkildə cəzalandırılmalıdır



“Tutduğu mövqe, daşıdığı vəzifədən asılı olmayaraq istənilən şəxsin özünün və ailəsinin şantaj olunması yolverilməzdir. Belə hallar cılızlıq, acizlik, eyni zamanda milli mentalitetə zidd hərəkətlərdir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) prezidentin ailəsini şantaj edənləri ifşa edərək onları saxlamasına münasibət bildirərkən səsləndirib. İctimai birliyin sədri deyib ki, Azərbaycanda hər zaman ailəyə yüksək dəyər verilib, qorunub, mühafizə edilib:

“Ailə institutu hər bir cəmiyyətin təməl sütunlarından biridir və onun qorunması hər zaman prioritet olub. Bu baxımdan prezident və onun ailəsinin şantaj olunması təkcə hüquqi deyil, eyni zamanda mənəvi baxımdan da qəbuledilməzdir. Bu təkcə fərdi deyil, həm də cəmiyyətin ümumi dəyərlərinə ziddir. Bu kimi mənfi hallara qarşı prinsipial mövqe nümayiş etdirmək hər bir vətəndaşın borcudur. Hesab edirəm ki, bu cür halların qarşısının alınması üçün yalnız hüquqi mexanizmlər deyil, eyni zamanda ictimai qınaq və maarifləndirmə də vacibdir”.

Arzuman Muradlının sözlərinə görə, prezident və ailəsini şantaj edənlər qanunun imkan verdiyi ən sərt şəkildə cəzalandırılmalıdır ki, bir başqası yenidən belə bir əxlaqsızlığa, milli-mənəvi dəyərlərə zərbə vuran hərəkətlərə yol verməyə cürət etməsin.

Süleyman
Seçilən
71
1
newscenter.az

2Mənbələr