"Mingəçevir Dövlət Universiteti" publik hüquqi şəxsi D.Əliyeva küçəsi 21 ünvanındakı 1 saylı inzibati binanın cari təmiri və "abadlaşdırılması" üçün büdcənin qapılarını geniş açıb.
32gun.az xəbər verir ki, təmirin məhz bayram ab-havasına təsadüf etməsi diqqət çəkdiyi bir vaxtda, bu işlərin ehtimal olunan qiyməti rəsmi olaraq 835.561,33 AZN məbləğində müəyyən edilib.
Görünən odur ki, universitet rəhbərliyi tələbələrin təhsil keyfiyyətindən öncə divarların "bayram şəkli" almasına və abadlıq adı altında xərclənəcək bu nəhəng vəsaitə daha çox önəm verir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovdur.
Ayaz