AZ

Salyanda ağacəkmə aksiyası keçirilib

Ölkəmizdə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə əlaqədar Salyanda ağacəkmə aksiyası keçirilib. 

RİH-in təşəbbüsü ilə keçirilən aksiyada rayonun və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının üzvləri, idarə, müəssisə və təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində müxtəlif növ ağaclar əkilib. Ağacların əkildiyi ərazidə təmizlik işləri aparılıb və əvvəl əkilmiş ağaclar suvarılıb. 

"Azərbaycan"

Seçilən
7
1
azerbaijan-news.az

2Mənbələr