AZ

İsrail Beyrutun mərkəzindəki Əl-Başura məhəlləsinə zərbə endirib

BAKI, 18 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun mərkəzində yerləşən Əl-Başura məhəlləsinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" şahidlərə istinadən məlumat yayıb.

Məlumata görə, hücumdan sonra Beyrutun mərkəzi hissəsində güclü partlayış baş verib.

Bildirilib ki, zərbədən əvvəl İsrail ordusu məhəllə sakinlərini xəbərdar edərək həmin ərazidə yerləşən “Hizbullah”a məxsus obyektin hədəf alınacağını açıqlayıb.

Seçilən
97
50
teleqraf.com

10Mənbələr