AZ

Laricaninin öldürülməsinin arxasındakı şok detal:YERİNİ BELƏ SATIBLAR

İranın nüfuzlu siyasi fiqurlarından biri, Ali Təhlükəsizlik Şurası ilə bağlı əsas simalardan sayılan Əli Laricaninin öldürülməsinin detalları yayılıb.

Musavat.com xəbər verir ki, Reuters, The Guardian və digər aparıcı Qərb nəşrləri hadisənin arxa planı və əməliyyatın necə həyata keçirildiyi barədə diqqətçəkən məlumatlar dərc edib.

Beynəlxalq mənbələrin yazdığına görə, Laricani Tehranda həyata keçirilən dəqiq zərbə nəticəsində öldürülüb. İsrail tərəfi bunu yüksək səviyyəli hədəfə qarşı planlaşdırılmış əməliyyat kimi təqdim edir.

Reuters agentliyinin məlumatında bildirilir ki, Laricani İran siyasi sistemində "kölgədə böyük təsirə malik fiqur" hesab olunurdu və onun aradan götürülməsi regiondakı güc balansına ciddi təsir edə bilər. 

The Guardian nəşri isə daha detallı məqamlara toxunur. Qəzet yazır ki, əməliyyatın uğurla icrası İsrail kəşfiyyatının əvvəlcədən əldə etdiyi dəqiq məlumatlar sayəsində mümkün olub.

Məlumata görə, Laricaninin hərəkət trayektoriyası və konkret yerləşəcəyi məkan əvvəlcədən müəyyənləşdirilib və zərbə məhz həmin nöqtəyə endirilib.

Mənbələr qeyd edir ki, bu məlumatlar əsasən insan kəşfiyyatı (HUMINT) vasitəsilə toplanıb. Bu isə o deməkdir ki, Tehranın daxilindən ötürülən məlumat axını əməliyyatda həlledici rol oynayıb.

The Guardian həmçinin vurğulayır ki, Laricaninin son günlərdə daha aktiv ictimai fəaliyyət göstərməsi - tədbirlərdə iştirakı və mediaya çıxışları - onun izlənilməsini asanlaşdırıb. Bu faktor onun yerinin dəqiqləşdirilməsinə əlavə imkan yaradıb.

İsrail rəsmiləri isə açıqlamalarında bildiriblər ki, İran daxilindən daxil olan kəşfiyyat məlumatları axını davam edir və xüsusilə SEPAH və Bəsic qüvvələrinin yerləşdiyi məntəqələrlə bağlı yeni informasiyalar əldə olunur.

Analitiklər hesab edir ki, bu hadisə təkcə bir fiqurun aradan götürülməsi deyil, eyni zamanda İran daxilində informasiya sızmalarının və kəşfiyyat zəifliklərinin göstəricisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
56
1
olaylar.az

8Mənbələr