AZ

"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda

style='margin-bottom:10px;'>

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb.

QOL.az xəbər verir ki, 1-ci gündə 4 matç keçirilib. Nəticədə 1/4 finalın ilk 4 iştirakçısı müəyyənləşib.

"Mançester Siti" 1 həftə əvvəl 0:3 hesabı ilə uduzduğu "Real"ı qəbul edib. "Çelsi" ötən həftə əvvəl məğlub olduğu PSJ ilə qarşılaşıb. "Arsenal" ilk matçda bərabərə qaldığı "Bayer"lə evdə üz-üzə gəlib. Cari mövsüm turnirdə sensasiyalar yaradan "Budo-Qlimt" isə "Sportinq"lə bu dəfə Portuqaliyada oynayıb (ilk görüş - 3:0).

İlk oyunların və cavab matçlarının nəticələrinə əsasən, "Real", "Sportinq", PSJ və "Arsenal" 1/4 finala adlayıb.

UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları

17 mart

21:45. "Sportinq" (Portuqaliya) - "Budo-Qlimt" (Norveç) - 5:0

Qollar: İnasio, 34, Qonçalves, 61, Suarez, 78-pen, Arauxo, 92, Nel, 120+1

İlk oyun - 0:3

00:00. "Arsenal" (İngiltərə) - "Bayer" (Almaniya) - 2:0

Qol: Eze, 36, Rays, 63

İlk oyun - 1:1

00:00. "Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 0:3

Qollar: Kvaratsxeliya, 6, Barkola, 15, Mayulu, 62

İlk oyun - 2:5

00:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 1:2

Qollar: Haaland, 41 - Vinisius, 22-pen, 90+3

Qırmızı vərəqə: Bernardo, 20 ("Mançester Siti")

İlk oyun - 0:3

18 mart

21:45. "Barselona" (İspaniya) - "Nyukasl" (İngiltərə)

İlk oyun - 1:1

00:00. "Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) 

İlk oyun - 0:1

00:00. "Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya)

İlk oyun - 6:1

00:00. "Tottenhem" (İngiltərə) - "Atletiko" (İspaniya) 

İlk oyun - 2:5

Seçilən
49
4
teleqraf.com

10Mənbələr