AZ

İranın hücumu nəticəsində Tel-Əvivin şərqində iki nəfər ölüb

İrandan atılan raket nəticəsində Tel-Əvivin şərqində iki nəfər ölüb, daha biri ağır yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Magen David Adom" təcili yardım xidməti məlumat yayıb.

Qeyd olunub ki, faciə Ramat-Gan və Bney-Brak ərazilərində baş verib.

Məlumata görə, Ramat-Gan şəhərində həkimlər ağır qəlpə yaraları alan bir kişi və bir qadının ölümünü təsdiqləyiblər. Bney-Brakda, daha sonra ağır qol zədəsi ilə xəstəxanaya yerləşdirilən 25 yaşlı bir kişiyə tibbi yardım göstərilib.

Seçilən
52
far.az

1Mənbələr