AZ

20 il miqren sandığı ağrılar beyin şişi çıxdı, danışa bilmir

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Uelsin Suonsi şəhərində yaşayan 62 yaşlı Stüart Hill 20 il ərzində vaxtaşırı təkrarlanan baş ağrılarını miqren hesab edib. Ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğunu düşünən Hillin həyatı 2025-ci ilin aprelində bir səhər qəfil dəyişib. Hamamdan çıxdıqdan sonra danışmaqda çətinlik çəkən və qollarını qaldıra bilməyən kişini görən həyat yoldaşı onun insult keçirdiyini düşünərək dərhal təcili yardım çağırıb.Demokrat.az-ın məlumatına görə xəstəxanada aparılan müayinələr isə daha ciddi həqiqəti üzə çıxarıb. MRT nəticəsində məlum olub ki, Stüartın beynində böyük şiş var. Müayinələr göstərib ki, bu kütlə uzun illər ərzində hiss olunmadan böyüyüb.Həkimlər əməliyyat qərarı versələr də, ailəyə müdaxilə zamanı iflic və ya ölüm riski olduğu bildirilib. Təxminən 7 saat davam edən ağır əməliyyat nəticəsində şiş tamamilə götürülüb. Lakin əməliyyatdan sonra Hillin danışıq qabiliyyəti bərpa olunmayıb.Sonrakı müayinələr zamanı onun əməliyyat zamanı insult keçirdiyi və beynin danışığa cavabdeh mərkəzinin zədələndiyi müəyyən edilib. Hadisədən 10 ay keçməsinə baxmayaraq, Stüart hələ də sözləri birləşdirməkdə çətinlik çəkir və hər gün qıcolma əleyhinə dərmanlar qəbul edir.Hill ailəsi yaşadıqları bu çətin təcrübəni başqalarına fayda vermək üçün nümunəyə çevirməyə çalışır. Onlar beyin şişləri ilə bağlı araşdırmalara dəstək məqsədilə 3 min funt-sterlinq məbləğində ianə kampaniyasına start veriblər. Stüartın qızı Meqan Hill iyunun 7-də keçiriləcək marafonda iştirak edərək vəsait toplamağı planlaşdırır.Ailə bildirir ki, adi baş ağrısı kimi görünən əlamətlər bəzən çox ciddi xəstəliklərin xəbərçisi ola bilər.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
138
demokrat.az

1Mənbələr