AZ

Basketbol millimiz Ukraynaya da uduzdu, sonuncu oldu – ARENA.AZ

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığmamız doğma meydanda Ukrayna milli komandası ilə üz-üzə gəlib.

Yığmamız bu görüşdə növbəti məğlubiyyətinə üzülüb. Basketbolçularımız meydanı 55:73 hesablı məğlubiyyətlə tərk ediblər.

Xatırladaq ki, Azərbaycan millisi Ukrayna yığmasına qarşı keçirdiyi səfər oyununda da 34:98 hesabı ilə məğlub olmuşdu.

Beləliklə, Azərbaycan yığması AÇ-2027-nin seçmə mərhələsini 6 məğlubiyyətlə başa vurub. Komandamız daha əvvəl iki oyunda Bolqarıstana (48:141, 40:120) və Monteneqroya (62:104, 35:94) da uduzmuşdu.

Yığmamız yer aldığı E qrupunda 6 xalla sonuncu – dördüncü yeri tutub. Bolqarıstan yığması 11 xalla birinci, Monteneqro 10 xalla ikinci olub. Ukrayna 9 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, basketbol üzrə növbəti Avropa çempionatının final mərhələsi 2027-ci ildə təşkil ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
43
6
arena.az

10Mənbələr