AZ

İranda nüvə elektrik stansiyasına raket atıldı

İranın Fars körfəzindəki Buşehr Atom Elektrik Stansiyası ərazisinə raket zərbəsi endirilib. Metbuat.az xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının İctimaiyyətlə Əlaqələr bölməsi açıqlama verib. Bəyanatda, Buşehr Atom Elektrik Stansiyasının hədəfə alındığı və raketin əraziyə düşdüyü bildirilir. Məlumata görə, hücum zamanı fəsadlar və itki qeydə alınmayıb.

Həmçinin bildirilib ki, stansiyanın heç bir hissəsinə zərər dəyməsə də, bu cür hərəkətlər nüvə obyektlərinin hərbi hücumlardan toxunulmazlığı ilə bağlı beynəlxalq qaydaları pozur.

Seçilən
35
4
metbuat.az

6Mənbələr