İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS komandirini zərərsizləşdirdiyini açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində HƏMAS-ın şimal briqadasının komandiri Yunis Məhəmməd Hüseyn Əlian öldürülüb.
Ordunun yaydığı rəsmi bəyanatda bildirilir ki, o, bölmənin hərbi-dəniz qüvvələrinin inkişafı, döyüşçülərin hazırlanması və silah-sursatın döyüş hazırlığının təmin edilməsinə məsul şəxs olub.
Məlumata görə, bu əməliyyat Qəzza zolağının şimal hissəsində silahlı qruplaşmaların komanda infrastrukturuna zərbə vurulması çərçivəsində reallaşdırılıb.
Xuraman Etibarlı
İnterpress.az