AZ

Leao "Milan"dan gedir: Portuqaliyalı vingerin aqressiv davranışı baha başa gəldi

İtaliyanın "Milan" klubu portuqaliyalı ulduz futbolçusu Rafael Leao ilə yollarını ayırmağa hazırlaşır. Buna səbəb vingerin A Seriyasında "Latsio" ilə keçirilən səfər oyunundakı (1:0) intizamsız davranışı olub.

"Ölkə.az" xəbər verir ki, R.Leao görüşün 66-cı dəqiqəsində əvəzləndikdən sonra baş məşqçi Massimiliano Alleqrinin qərarına kəskin narazılığını bildirib. Komanda yoldaşlarını da sakitləşməyə qoymayan futbolçu, hətta ona yaxınlaşan qapıçı Mayk Menyanı itələyərək aqressiv hərəkət nümayiş etdirib.

Klub rəhbərliyi bu hadisədən sonra oyunçunu satmaq qərarına gəlib və onun transfer qiymətini 80 milyon avro olaraq müəyyənləşdirib. Qeyd edək ki, Rafael Leao 2019-cu ildən "Milan" formasını geyinir.(oxu.az)

Seçilən
76
1
olke.az

2Mənbələr