AZ

Aİ ekspertləri "Dostluq" kəmərindəki zədələri qiymətləndirmək üçün Ukraynadadırlar

Aİ ekspertləri "Dostluq" kəmərindəki zədələri qiymətləndirmək üçün Ukraynadadırlar

Avropa İttifaqının bir qrup texniki eksperti martın 18-də Ukrayna ərazisində "Dostluq" (Drujba) neft kəmərinə dəymiş ziyanı yerindəcə qiymətləndirməyə başlayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbələr bildiriblər. Məlumata görə, nümayəndə heyəti artıq Kiyevdədir və onların təhlükəsizliyi həmçinin logistikası Aİ-nin Ukraynadakı nümayəndəliyi tərəfindən təmin edilir. Maraqlıdır ki, ekspert qrupuna Macarıstan və ya Slovakiya nümayəndələri daxil edilməyib.

Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasına ünvanladığı məktubda zədələnmiş boru kəmərini bir-bir yarım ay ərzində bərpa edəcəyinə söz verib. Bu vəd Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koştanın Ukraynaya təmir işləri üçün maliyyə və texniki yardım ayrıldığı barədə birgə bəyanatı ilə eyni vaxtda səslənib.

Öz növbəsində Macarıstan tərəfi bu proseslərə skeptik yanaşır. Macarıstanın xarici işlər naziri Peter Siyarto boru kəməri ilə bağlı məktublaşmaları "tamaşa" adlandıraraq, Zelenski və Avropa Komissiyasının ictimaiyyəti yanıltdığını iddia edib. Siyartonun sözlərinə görə, "Dostluq" kəməri əslində texniki cəhətdən saz vəziyyətdədir və neftın nəqli dərhal bərpa oluna bilər.

Seçilən
64
afn.az

1Mənbələr