Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ və İran arasında gərginlik yalnız hərbi əməliyyatlarla məhdudlaşmır, qarşıdurma kiberməkanda da davam edir. Məlumatlara görə, tərəflərlə əlaqəli haker qrupları enerji, rabitə və texnologiya sektorlarına qarşı müxtəlif kiber hücumlar həyata keçirir. Ekspertlər hesab edir ki, müasir müharibələrdə bu cür hücumlar ənənəvi silahlı qarşıdurmalar qədər təsirli vasitəyə çevrilib.
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları və İran arasındakı kəskinləşən münasibətlər, əlbəttə, təkcə hərbi sahədə yox, həm də kibertəhlükəsizlik sahəsində də özünü göstərir və qarşılıqlı olaraq hücumların artması, eyni zamanda nə qədər real həyatda silahlı toqquşma baş verirsə, kiber hücumlar da baş verəcək.
Zeynal Əmrəliyev
Zeynal Əmrəliyev qeyd edib ki, silahlı toqquşma qədər kiberhücumlar da çox təhlükəlidir: “Kiber hücum birbaşa ölkələrin iqtisadiyyatına, insanların şəxsi həyatına yönəlmiş hücumlardır. İsti müharibə dövrü bitdikdən sonra da bu cür hücumların zaman-zaman baş verəcəyinin şahidi olacağıq. Bu cür hücumlar əksər hallarda paralel şəkildə baş verir. Təsəvvür edin ki, soyuq müharibə dövründə bu kiber cinayətlər faktoru aktual olsaydı, yəni həmin dövrdə kiber məsələləri ilə bağlı hücumlar olsaydı, dünyanın halı necə ola bilərdi? Ümumilikdə, dünyada əsas olan mübarizə metodudur. Dövlətlər arasında faktiki olaraq kiber müharibə gedir. Heç təsadüfi deyil ki, ABŞ və İranda hazırda məhz bu üsullardan istifadə edir”.
Politoloqun fikrincə, baş verən hadisələr, dövlətlərin bir-birinə kiber hücumlar etməsi, dünya miqyasında kibertəhlükəsizliklə bağlı məsələləri aktuallaşdıracaq.
Zeynal Əmrəliyev bildirib ki, son zamanlarda meydana çıxan bəzi hadisələr, xüsusilə də süni intellektlə bağlı süni intellektin tərəflərinin müxtəlif ölkələrdə fəsadlara yol açması arzuolunan məsələ deyil.
Zeynal Əmrəliyev qeyd edib ki, bütün ölkələr öz təhlükəsizlikləri insanların şəxsi həyatlarının mühafizəsi ilə bağlı real addımlar atmalıdırlar.
Politoloqun fikrincə, müharibə şəraitində olan ölkələrdə bu, daha kəskin büruzə verir, çünki qarşı tərəf məhz həmin ölkələrin iqtisadiyyatını, insanların sosial vəziyyətini pozmaq üçün bu cür hücumları həyata keçirir.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.