AZ

Gürcüstanda matəm elan edildi

Gürcüstan hökuməti Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə əlaqədar olaraq milli matəm günü elan edib.

"Unikal" xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya çərşənbə axşamı, 17 mart gecəsi vəfat edib. Səhiyyə naziri onun ölümünə böyrək, ağciyər və ürək çatışmazlığı səbəb olduğunu bildirib.

Ölkə üzrə inzibati binalardakı dövlət bayraqları yarıya endiriləcək. II Ilya martın 18-də Müqəddəs Üçlük Kafedralında dəfn olunacaq.

Seçilən
127
1
unikal.az

2Mənbələr