Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.
Şuşa sakinləri torpağın və həyatın oyandığı İlaxır çərşənbəsini böyük ruh yüksəkliyi ilə tonqal ətrafında milli musiqi və rəqslərlə qeyd ediblər. Novruzun atributları hesab olunan Keçəl, Kosa və Bahar qızının təqdim etdikləri kompozisiyalar bayram əhvali-ruhiyyəsini daha da rəngarəng edib.
Bayram tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyət nümayəndələri və şəhərə təşrif buyuran qonaqlar iştirak ediblər. 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.