AZ

Bəsic komandanının ölümü təsdiqləndi

İran rəsmi mənbələri hərbləşdirilmiş “Bəsic” qüvvələrinin komandanı, general-mayor Qulamrza Süleymaninin öldüyünü təsdiqləyib.

Musavat.com xəbər verir ki, məlumatlara görə, o, ABŞ və İsrailin həyata keçirdiyi hava zərbələri zamanı ölüb.

“Bəsic” qüvvələri İran daxilində əsasən daxili təhlükəsizlik, etirazların yatırılması və ideoloji nəzarət funksiyalarını yerinə yetirən struktur kimi tanınır. Süleymani son illərdə bu qüvvələrin rəhbəri kimi ölkədaxili proseslərdə mühüm rol oynayıb.

 

Musavat.com

Seçilən
101
musavat.com

1Mənbələr