Bakı. Trend:
17 mart Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramovla İran İslam Respublikasının xarici işlər naziri SeyidAbbas Əraqçi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığızamanı, regional vəziyyət və ikitərəfli əlaqələr müzakirəolunub.
Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan MuxtarRespublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq,İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətəçatdırıb.
Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəfalınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddətərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yoluilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparıblar.