İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Bəsic” hərbiləşdirilmiş qüvvələrinin rəhbəri, general-mayor Qolamreza Süleymaninin öldürüldüyünü təsdiqləyib.
APA xəbər verir ki, bu barədə SNN telekanalı SEPAH-ın mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Xəbərdarlıq edirik ki, “Bəsic”in cəsur üzvləri liderlərinin, komandirlərinin və bütün şəhidlərin qanını heç vaxt qisası alınmadan qoymayacaqlar”, – deyə açıqlamada bildirilib.