AZ

Xankəndidə Torpaq çərşənbəsinin tonqalı alovlandırılıb (FOTO)

Xankəndi. Trend:

Martın 17-də Xankəndi şəhərində Novruzun müjdəçisi olan Torpaqçərşənbəsi böyük coşqu və bayram əhval-ruhiyyəsi ilə qeydedilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, şəhərin Zəfər meydanında çərşənbə tonqalı alovlandırılıb.

Tonqal ətrafına toplaşan insanlar, qədim ənənələrə uyğun olaraqbayram tonqalının üzərindən tullanıb, baharın gəlişini sevincləqarşılayıblar. Musiqili və əyləncəli proqramla müşayiət olunantədbir iştirakçılarda xüsusi bayram ovqatı yaradıb. Milli musiqilərsəsləndirilib, sakinlər birlik və həmrəylik şəraitində Novruzənənələrini yaşadıblar. Uzun illərdən sonra doğma Qarabağtorpağında Novruz tonqallarının alovlanması sakinlərdə qürur vəsevinc hisslərini daha da artırıb.

Bayram tonqalının alovu şəhərə xüsusi gözəllik bəxş edib,sakinlərə unudulmaz bayram anları yaşadıb.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Seçilən
111
4
az.trend.az

5Mənbələr