AZ

Türkiyə Super Liqasında ayın ən yaxşısı bəlli oldu

Türkiyə Super Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Beşiktaş"ın cənubi koreyalı hücumçusu Hyon-qyu Oh azarkeşlər arasında keçirilən səsvermənin qalibi olaraq ayın "MVP"-si (Ən Dəyərli Oyunçu) seçilib.

24 yaşlı forvard fevral ayı ərzində nümayiş etdirdiyi məhsuldarlıqla "qara qartallar"ın uğurlarında "aslan pay"ına sahib olub.

Çıxdığı 4 matçda rəqib qapılarına 3 yol tapan və 1 məhsuldar ötürmə ilə yadda qalan Oh, Super Liqanın rəsmi hesabları tərəfindən ayın oyunçusu elan edilib.

Seçilən
99
1
fanat.az

2Mənbələr