Bu gün Şəhidimiz İbrahim Abdulməcid oğlu Şahmərdanovun doğum günüdür.
QHT.az xəbər verir ki, doğum günü münasibətilə məktəb kollektivi və bir qrup şagird Şəhidimizin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuş və məzarı üzərinə gül dəstələri qoymuşlar. İbrahim Şahmərdanov 17 mart 1975-ci ildə Quba rayonunun Qəçrəş kəndində anadan olmuşdur. 1982-ci ildə Qəçrəş kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1992-ci ildə məktəbi əla qiymətlərlə bitirmişdir.
Orta təhsilini başa vurduqdan sonra Bakıda yerləşən “Menecer-Biznes” kollecində təhsil almış və oranı da uğurla başa vurmuşdur. 1994-cü ilin yanvar ayında könüllü olaraq Milli Ordu sıralarına qoşulmuşdur. Həmin ilin 22 mart tarixində Füzuli rayonunun Əlixanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
1994-cü ildən etibarən Qəçrəş kənd tam orta məktəbi onun adını daşıyır.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!