Bakı. Trend:
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri sonbir neçə saat ərzində İrandan krallığın hava məkanına daxil olanyeddi dronu vurub.
Trend-inməlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyixəbər verib.
"Son saatlar ərzində ölkənin hava hücumundan müdafiə qüvvələriİrandan atılan yeddi PUA-nı məhv edib", - deyə qeyd olunub.
Nazirlik bildirib ki, bütün dronlar krallığın Şərq vilayətiüzərindəki səmada vurulub.