AZ

İran dünya çempionatında iştirak etmək üçün şərt irəli sürdü

İran 2026-cı il FIFA Dünya Kuboku oyunlarını Meksikada oynamaq üçün FIFA ilə danışıqlar aparır. Metbuat.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac açıqlama verib. Onun sözlərinə görə, Prezident Donald Tramp İran milli komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə bildirdiyindən, İran millisi ABŞ-yə getməyəcək. FİFA İran milli futbol komandasını ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi 2026-cı il FIFA Dünya Kubokunda iştirak etməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl İranın Gənclər və İdman Naziri Əhməd Donyamali ölkə millisinin 2026-cı il FIFA Dünya Kubokunda iştirak etməyəcəyini bəyan etmişdi. O bildirib ki, ABŞ və İsrailin hücumları səbəbindən İranın milli futbol komandasının 2026-cı il FIFA Dünya Kubokunda iştirakı mümkün olmayacaq.

Seçilən
63
metbuat.az

1Mənbələr