AZ

Körfəz ölkələri İran dronlarına qarşı pulemyotlardan istifadə edir » AzadMedia.az

Körfəz

Körfəz ölkələri İran dronlarına qarşı pulemyot və çoxqatlı HHM sistemlərindən istifadə edir

Körfəz ölkələri İran istehsalı olan “Shahed” tipli pilotsuz uçuş aparatlarının hücumlarının qarşısını almaq üçün hava hücumundan müdafiə imkanlarını genişləndirir. Bu barədə The National hərbi ekspertlərə istinadən məlumat yayıb.

Məlumata görə, dron hücumlarının effektiv qarşısını almaq üçün qırıcı təyyarələr, pulemyotlar və radioelektron mübarizə vasitələrinin kombinasiyasından istifadə tövsiyə olunur. Son iki həftə ərzində İranın 3 560-dan çox belə pilotsuz aparat tətbiq etdiyi bildirilir. Ekspertlər hesab edir ki, Tehranın böyük ehtiyatları və həftəlik yüzlərlə yeni dron istehsal etmək imkanları bu təhlükəni uzunmüddətli edir.

Son günlər sosial şəbəkələrdə yayılan görüntülərdə Körfəz şəhərləri üzərində pulemyotlarla təchiz edilmiş helikopterlərin dronları vurduğu əks olunur.

Analitiklər həmçinin Ukrayna təcrübəsindən istifadəni tövsiyə edirlər. Bu çərçivədə ağır pulemyotların və zenit artilleriyasının binaların damlarında, şəhər kənarlarında və mobil platformalarda yerləşdirilməsi təklif olunur. Helikopter və qırıcılar isə əlavə müdafiə qatını təmin edir.

Bildirilir ki, Ukrayna mütəxəssisləri Körfəz ölkələrinə HHM sistemlərinin daha səmərəli qurulmasında dəstək verir. Məqsəd bahalı raketlərin istifadəsini minimuma endirməkdir.
Belə ki, THAAD sistemində bir ədəd ələkeçirmə raketinin dəyəri təxminən 12 milyon dollar, Patriot raketlərinin isə təxminən 1 milyon dollar olduğu qeyd olunur.

Seçilən
83
1
azadmedia.az

2Mənbələr