AZ

“NoVa Fest 2026” ADPU da Novruz bayramı

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 mart, AZƏRTAC

Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “NoVa Fest 2026” adlı tədbir keçirilib.

Bu barədə Universitetdən AZƏRTAC-a məlumat verilib.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxış edərək Novruz bayramının milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Prorektor THİK-in bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Tədbirin bədii hissəsində təşkilatın tələbə fəalları tərəfindən bədii çıxışlar təqdim olunub, xalq mahnıları səsləndirilib və müxtəlif rəqs nömrələri nümayiş etdirilib. Bayramın ənənəvi personajları olan Kosa və Keçəlin səhnəcikləri proqramı daha da rəngarəng edib.

Tanınmış ifaçılar Əhməd Mustafayev və Məhərrəm İsmayılov çıxış edərək sevilən musiqi nömrələrini səsləndiriblər.

Sonda ADPU THİK sədri Cəmilə Qurbanova tədbirin təşkilində iştirak edən tələbələrə təşəkkürünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
azertag.az

1Mənbələr