AZ

Binəqədidə mebel sexində baş verən yanğınla bağlı polislər operativ tədbirlər görür

Bakı. Trend:

Paytaxtın Binəqədi rayonu, ərazisində mebel sexində baş vermişyanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, hadisə yerindəvətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazininnəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsizfəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlərgörülür.

Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığınaradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruriişlər davam etdirilir.

Seçilən
30
14
az.trend.az

10Mənbələr