AZ

Tramp: Hörmüz boğazında normal gəmiçilik tezliklə bərpa olunacaq



ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında normal gəmiçilik işinin tezliklə bərpa olunacağına inanır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Amerika lideri Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşdə jurnalistlərə verdiyi açıqlamada deyib. O, Hörmüz boğazında normal kommersiya gəmiçiliyinin bərpası üçün təxmini planın hazırlanması tələbini şərh edərkən bunları deyib:

"Biz sahildən, yəni Hörmüz boğazı yaxınlığındakı İran Silahlı Qüvvələrinin mövqelərindən onları qovub çıxarırıq. Bu, çox vaxt aparmayacaq. Biz Yaxın Şərq ölkələrindən çoxlu kömək alırıq".

Tramp, əvvəllər Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində NATO-dan kömək tələb etmiş və alyansın Vaşinqtona kömək etməsə, çətin günlərlə üzləşəcəyi barədə xəbərdarlıq etmişdi. Lakin Avropa ölkələri faktiki olaraq bundan imtina etdilər.

Anar
Seçilən
59
39
newscenter.az

10Mənbələr