AZ

Argentina millisinin üzvü karyerasını başa vurub

“Mançester Yunayted” və Argentina millisinin sabiq qapıçısı Serxio Romero aktiv futbolçu karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, onun son klubu “Argentinos Xuniors” olub.

39 yaşlı qolkiper “qırmızı şeytanlar”ın heyətində çıxış edərkən komandasının Avropa Liqası, FA Cup, Liqa Kuboku və Superkubok qələbələrində mühüm rol oynayıb.

Romero Argentina millisinin heyətində 96 oyuna çıxıb.

Qeyd edək ki, o, karyerası ərzində “Rasinq”, “AZ Alkmaar”, “Sampdoriya”, “Monako”, “Venetsiya” və “Boka Xuniors” klublarının da qapısını qoruyub.

“Çelsi”də ciddi itki - KAPİTAN SIRADAN ÇIXDI

Almaniyalı futbolçu Bundesliqada klubunu dəyişəcək - RƏSMİ

“Çelsi”yə şok cəza: transfer qadağası ilə üzləşdi

Tite istefaya göndərildi

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

Seçilən
70
1
apasport.az

2Mənbələr