AZ

"Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı DAYANDIRILIR

"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, "Bizimləsən" və "Rəngarəng" verilişləri efirdən çıxarılıb.

Kanalın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur:

"Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".

Eyni zamanda, Oxu.Az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalının efir siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.

Bizim.Media

Seçilən
118
7
bizim.media

10Mənbələr