AZ

"Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı DAYANDIRILIR

"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

 

"Bizimləsən" və "Rəngarəng" verilişləri efirdən çıxarılıb.

 

Kanalın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".

 

Eyni zamanda, Oxu.Az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalının efir siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.

 

Oxu.az

Tarix: 17 Mart 2026, 20:56   
Seçilən
100
7
pravda.az

10Mənbələr