AZ

Müharibədə təşəbbüs İranın əlinə keçdi

İran Hörmüz boğazını bağlamaqla müharibədə təşəbbüsü ələ keçirib. Metbuat.az xəbər verir ki, bu barədə Britaniya mətbuatında dərc olunmuş məqalədə deyilir. Məqalədə Yaxın Şərqdəki müharibədə təşəbbüsün Hörmüz boğazına nəzarət edən İrana keçdiyi bildirilir. Xəbərdə deyilir ki, Hörmüzdən hansı gəmilərin keçəcəyinə iran qərar verir. Məqalədə, “Tək bir İran raketi, minası və ya partlayıcı maddələrlə yüklənmiş kiçik qayığı dağıdıcı nəticələrə səbəb ola bilər. Bu, boğazın yenidən açılması qərarının yalnız Tehranda verilə biləcəyini göstərir”, - deyə bildirilir. London Kral Kollecinin Müharibə Tədqiqatları Departamentinin təhlükəsizlik tədqiqatları professoru Peter Neumanın sözlərinə görə, İran boğazı bağlamaqla müharibədə təşəbbüsü ABŞ-dən alıb.

Onun sözlərinə görə, ABŞ Hörmüz boğazının bağlanmasına yaxşı cavab həmləsi tapmağa çalışır. Peter Neuman bildirib ki, İran ABŞ ilə müqayisədə daha zəif vəziyyətdə olsa da, təsir gücündən daha effektiv istifadə edərək Vaşinqtonu çətin vəziyyətə salıb.

Seçilən
43
metbuat.az

1Mənbələr