AZ

Arvadı ilə bacanağı eşq yaşayırmış - Balakəndəki rüsvayçı hadisənin təfərrüatı

Balakən rayonunda 39 yaşlı kişi arvadına və bacanağına xəsarət yetirib.

"Yeni Sabah" xəbər verir ki, hadisə ötən ilin noyabrın 30-da rayonun kəndlərindən birində baş verib. 

1987-ci il təvəllüdlü Elbəy arvadı Sevili və bacanağı Pərvizi bıçaqlayıb. Həmin gün saat 22 radələrində yaşadıqları evin həyətində yerləşən altıaçıq sarayın otağında Pərviz gizlənib və votsap proqram tətbiqi vasitəsi ilə Elbəyin arvadı Sevilə həyətə düşməsi ilə bağlı mesaj yazıb. 

Bundan xəbər tutan Elbəy orada onları izləyib və arvadının bacanağı ilə görüşməyə düşməsini gözləyib. Elbəy arvadı gələndən sonra qısqanclıq zəminində mətbəx bıçağı ilə arvadı və bacağına zərbə yetirib. 

Elbəyin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Balakən Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib./Demokrat.az


Telegram kanalımız
Seçilən
60
2
yenisabah.az

3Mənbələr