AZ

Yoldan çıxıb işıq dirəyinə çırpılan “BMW” iki yerə bölündü; ölən var FOTO VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yüksək sürət ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Orenburq şəhərində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.

Bu energetik içkini almayın - Təhlükəli maddə aşkarlandı - FOTO

Belə ki, Rokossovskoqo küçəsində həllik adı məlum olmayan sürücü yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi əks yol çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobil iki hissəyə bölünüb.

İlkin məlumatlara görə, qəza nəticəsində 20 yaşlı sərnişin ölüb, sürücü və digər iki sərnişin isə yaralanıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
avtosfer.az

1Mənbələr