AZ

Türkiyədə ilin transfer bombası - ƏTRAFLI

Dünya futbolunun ən yaxşı hücumçularından biri hesab olunan Robert Levandovskinin növbəti dayanacağı Türkiyə Super Liqası ola bilər.

Fanat.Az xəbər verir ki, İstanbulun iki nəhəng klubu — "Beşiktaş" və "Fənərbağça" polşalı ulduzu heyətinə qatmaq üçün transfer mübarizəsinə başlayıb.

Polşalı tanınmış idman jurnalisti Mateuş Borekin "Sportovı" (Sportowy) kanalında verdiyi məlumata görə, hər iki klub artıq təcrübəli forvardın menecerləri ilə ilkin təmaslar qurub. İddialara görə, "Beşiktaş"ın təklif etdiyi maliyyə şərtləri "Fənərbağça"nın təklifini üstələyir.

37 yaşlı ulduzun "Barselona"dakı gələcəyi qeyri-müəyyən qaldığı üçün, onun karyerasını Türkiyədə davam etdirməyə müsbət yanaşdığı bildirilir.

Seçilən
30
1
fanat.az

2Mənbələr