AZ

Azərbaycanda tez tez insanlar bu səbəbdən ölür Necə qorunaq?

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Son iki gündə dəm qazından zəhərlənmə nəticəsində baş verən ölüm halları cəmiyyətdə yenidən ciddi narahatlıq yaradıb. Qış aylarında və xüsusilə də qapalı məkanlarda isitmə sistemlərindən istifadə zamanı bu cür hadisələrin sayı artır. Əksər hallarda bu faciələr təhlükəsizlik qaydalarına əməl olunmaması və texniki nasazlıqlar səbəbindən baş verir. Bəs dəm qazından zəhərlənmə hallarının əsas səbəbləri nələrdir və bu cür faciələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, dəm qazı natamam yanma məhsuludur:“Yanma prosesi düzgün getmədikdə yaranır. Yanma prosesi standartlara uyğun olmayan qaz cihazlarından istifadə etdikdə, otaqda kifayət qədər hava olmadıqda, tüstü bacası normativ standartlara uyğun olmadıqda, qaz cihazlarına hər hansı bir kənar müdaxilə etdikdə, bu, yanma prosesini əngəlləyən amildir ki, dəm qazında yaranma riskini artırmış olur. Ümumiyyətlə, qaz cihazı olan otaqda mütləq təhlükəsizlik məsələsi ön planda olmalıdır. Yəni qazın yanması üçün otaqda kifayət qədər oksigen tələb olunur. Ona görə qaz cihazı quraşdırılan otağa mütləq diqqət yetirmək lazımdır ki, nəfəslik, havalandırma, tüstü bacaları normativ standartlara uyğun və işlək vəziyyətdə olsun”.O deyib ki, dəm qazı və qaz sızması əleyhinə detektorlar olmalıdır:“Yəni əgər tüstü bacası quraşdırılıbsa, normativ standartlara uyğun deyilsə, onun sorma qabiliyyəti yoxdursa, o tüstü bacasının heç bir faydası olmayacaq, yəni öz işini görə bilməyəcək. Ona görə mütlə, standartlara və normativ tələblərə uyğun quraşdırılması, istifadəsi həyata keçirilməlidir ki, tüstü bacasının sorma qabiliyyəti olsun. Ümumiyyətlə, dəm qazı hamam otaqlarında olur. Hamam otaqlarında ümumiyyətlə təhlükəsizlik baxımından qaz cihazının quraşdırılması məqsədəuyğun deyil. Ancaq quraşdırılıbsa belə, orada mütləq təhlükəsizlik məsələsi nəzərə alınmalıdır ki, otağın hündürlüyü 2.2 metr olmalıdır. Otaqda nəfəslik, ventilyasiya olmalıdır, havalandırma olmalıdır. Tüstü bacası normativ standartlara uyğun və işlək vəziyyətdə olmalıdır. Təbii ki, belə olan halda artıq təhlükəsizlik tədbirləri görülmüş olur ki, dəm qazının da qurbanına çevrilməkdən qorunmuş oluruq. Ona görə mütləq hər kəs, yəni evdə qaz təsərrüfatından istifadə olunursa, mütləq təhlükəsizliyi ön plana almalı, otaqda, qaz cihazı olan otaqda havalandırmanın olmasına və dəm qazı və qaz sızması əleyhinə detektorların olmasına diqqət etməlidir. Dəm qazı əleyhinə olan detektor, dəm qazı əmələ gələndə xüsusi səs siqnalı vasitəsilə bununla bağlı istehlakçı məlumatlı olur və onun qurbanına çevrilməkdən qorunmuş olur”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
demokrat.az

1Mənbələr