AZ

Mərkəzi Avropada vatsap liderliyini möhkəmləndirir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Praqa, 17 mart, AZƏRTAC

Mərkəzi Avropa ölkələrində rəqəmsal kommunikasiya bazarında mesajlaşma tətbiqləri arasında rəqabət güclənsə də, vatsap regionun bir çox ölkəsində aparıcı platformalardan birinə çevrilib. Araşdırmalar göstərir ki, xüsusilə Çexiyada vatsap istifadəçilərin böyük hissəsi tərəfindən gündəlik ünsiyyət vasitəsi kimi seçilir və istifadə səviyyəsinə görə digər messencerləri geridə qoyur.

AZƏRTAC xəbər verir ku, ekspertlərin rəyinə görə oxşar tendensiya Slovakiya və Polşa kimi ölkələrdə də müşahidə olunur. Baxmayaraq ki, bəzi bazarlarda feysbuk mesencer hələ də ciddi rəqib olaraq qalır. Region üzrə sosial şəbəkələrdən istifadə səviyyəsi yüksək olaraq qalır və bu, mesencer xidmətlərinin sürətli yayılmasına şərait yaradır.

Vatsap-ın populyarlığı onun sadə interfeysi, pulsuz mesajlaşma və zəng imkanları ilə izah olunur. Qlobal miqyasda tətbiqin aylıq istifadəçi sayı artıq milyardlarla ölçülür ki, bu da onun beynəlxalq təsirini artırır.

Mütəxəssislər hesab edir ki, gələcəkdə Mərkəzi Avropada rəqəmsal kommunikasiya bazarında əsas rəqabət məhz vatsap və digər böyük texnoloji platformalar arasında davam edəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
1
azertag.az

2Mənbələr