ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Laçın, 17 mart, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirak etdiyi, paytaxt və regionları əhatə edən genişmiqyaslı qastrol proqramı çərçivəsində növbəti konsert proqramı Laçında təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə “LaCinema” kinoteatrında baş tutub. Konsertdə orkestrin solistləri tərəfindən Azərbaycan bəstəkarlarının əsərləri və sevilən xalq mahnıları səsləndirilib. Orkestrin dirijoru respublika və beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurovdur.
Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında, ümumilikdə, 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulur ki, bu da təşəbbüsün ölkənin mədəni həyatında geniş auditoriyanı və böyük coğrafiyanı əhatə etdiyini göstərir.
Müxbir - Aydın Yavərzadə











Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.