AZ

Milli Məclisdə vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib

Martın 17-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə Milli Məclisdə görüş keçirilib.

Tədbir iştirakçılarını spiker Sahibə Qafarovanın adından salamlayan Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev hakimləri bu məsul vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 

Sonra çıxış edən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov ölkəmizdə məhkəmə sisteminin fəaliyyəti, bu sahənin təkmilləşdirilməsi üçün görülən işlər barədə danışıb, beynəlxalq hüququn bir sıra məsələləri haqqında fikirlərini bölüşüb.

Görüşdə Məhkəmə-Hüquq Şurası Aparatı rəhbərinin müavini Rəşad Həsənli qanunvericilik və məhkəmə hakimiyyəti arasında yaradılmış sıx əməkdaşlığa və bu görüşün təşkilinə görə parlament rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbir çərçivəsində hakimlər parlamentin inzibati binasında Heydər Əliyevin abidəsini və “Zəfər Guşəsi”ni ziyarət ediblər, parlamentin plenar iclas zalı ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.

"Cebheinfo.az" 

Seçilən
26
12
cebheinfo.az

10Mənbələr