Müğənni Berkay Şahin həyat yoldaşı Özlem Ada Şahinə etdiyi bahalı jesti ilə gündəmə gəlib.
Far.Az xəbər verir ki, sənətçi həyat yoldaşı 3-cü dəfə hamilə olduğu üçün ona 55 milyon lirə (2 milyon 117 min 500 AZN) dəyərində malikanə hədiyyə edib.
Xatırladaq ki, Berkay Şahin 2016-cı ildə Özlem Ada Şahin ilə evlənib.
Onların 2017 və 2019-cu illərdə iki qız övladı dünyaya gəlib. Məşhur müğənni üçüncü dəfə ata olacağı xəbərini böyük sevinc və həyəcanla qarşılayıb.
Hazırda 4 aylıq hamilə olan Özlem Ada Şahinin bu dəfə də qız övladı olacaq.