AZ

Merin tapşırığı ilə dəvət olundu: Damla 6 min dollara səhnəyə çıxacaq

Tanınmış azərbaycanlı müğənni Damla Novruz Bayramı münasibətilə Gürcüstanın Marneuli şəhərində keçiriləcək tədbirdə çıxış edəcək.

Musavat.com
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ifaçı tədbirə Marneuli meri Daur İsmayılovun tapşırığı ilə dəvət olunub. Məlumata görə, Novruz şənlikləri çərçivəsində təşkil olunacaq konsert üçün Marneuli Meriyasının büdcəsindən Damlanın çıxışına görə 6 min dollar vəsait ayrılıb.

Qeyd edək ki, azərbaycanlı müğənninin martın 21-də keçiriləcək bayram konsertində iştirakı hələlik rəsmi qurum tərəfindən açıqlanmayıb. Bununla belə, Daur İsmayılova yaxınlığı ilə tanınan bəzi sənətçilər artıq sosial şəbəkələrdə bununla bağlı paylaşımlar ediblər.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
27
1
musavat.com

2Mənbələr