AZ

Qaradağda Novruz bayramı keçirilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Bu gün Novruz bayramı münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini özündə ehtiva edən Novruz bayramı qeyd olunub.

Hafta.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, Şura üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət evləri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.

Rayon rəhbərliyini qarşılayan Dədə Qorqud hamını Novruz bayramının gəlişi münasibəti ilə təbrik edib. Sonra ənənəyə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov rayon ağsaqqalları və Vətən Müharibəsi qaziləri ilə birgə bayram tonqalını yandırıb. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət edib.

Emil Abbasov hamını bu gözəl bayram münasibəti ilə təbrik edib, xoş arzularını bildirib. Qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva da Ulu Öndərin qoyduğu ənənələri davam etdirərək xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görürlər.

Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qalıb. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib, məktəblilər şeir oxuyub.

Öz yaradıcılıq nümunələrini əhaliyə təqdim edən məktəb və mədəniyyət müəssisələri bayram gəzintisinə çıxanları Novruz şirniyyatlarına qonaq edib.

Tədbir rəngarəng bayram konserti ilə davam edib.
















Seçilən
70
hafta.az

1Mənbələr