"Yuventus" klubunun rəhbərliyi komandanın baş məşqçisi Luçano Spalletti ilə müqaviləni uzatmağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Tərəflər müqaviləni 2027-ci ilin yayına qədər uzadacaq, əlavə olaraq 2028-ci ilə qədər uzatma imkanı da nəzərdə tutulacaq. Yeni müqavilənin aprelin 5-dək rəsmiləşdirilməsi gözlənilir.
Spalletti 2025-ci ilin oktyabr ayından Turin təmsilçisini çalışdırır. "Byankoneri" A Seriyası turnir cədvəlində 29 turdan sonra topladığı 53 xalla 5-ci pillədə qərarlaşıb.