AZ

Azərbaycan və Serbiya arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Bakı. Trend:

Energetika Nazirliyində Azərbaycan Respublikası ilə SerbiyaRespublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgəİşçi Qrupun hibrid formatda ilk iclası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazir müavini OrxanZeynalov və Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlətkatibi Sonya Vlahoviçin həmsədrlik etdiyi iclasda Azərbaycantərəfindən SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi,Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azəristiliktəchizat”ASC, Serbiya tərəfdən Mədənçilik və Energetika Nazirliyi və“Srbijagas” şirkətinin nümayəndələri iştirak ediblər.

Nazir müavini Orxan Zeynalov iki ölkə arasında müxtəlifsahələrdə, xüsusilə də energetika sahəsində inkişaf etməkdə olanəməkdaşlığı vurğulayıb. 15 fevral 2026-cı il tarixində BelqraddaAzərbaycan və Serbiya Prezidentlərinin həmsədrliyi ilə keçirilmişStrateji Tərəfdaşlıq Şurasının iclasının bu əməkdaşlığıngenişlənməsinə töhfə verdiyi qeyd edilib.

Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Dövlət katibiSonya Vlahoviç Azərbaycan və Serbiya arasında imzalanmış memorandumvə sazişlərlə iki ölkə arasındakı əməkdaşlığın strateji səviyyəyəçatdığını vurğulayıb.

İclas zamanı neft və qaz sektoru, energetika infrastrukturu,elektrik enerjisi istehsalı və enerji səmərəliliyi istiqamətlərindəgeniş müzakirələr aparılıb. Azərbaycanın Serbiyaya qaz tədarükününhəm Serbiyanın, həm də Avropanın enerji təhlükəsizliyininmöhkəmləndirilməsinə mühüm töhfə verdiyi qeyd edilib. Həmçinin,Serbiyanın Niş şəhərində qazla işləyən elektrik stansiyasınıntikintisi üzrə birgə layihə, eyni zamanda istilik təchizatı, yaşılenerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığa dair fikirmübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
39
8
az.trend.az

10Mənbələr