AZ

MMA döyüşçüsü Zaur İsmayılova 1,5 illik CƏZA KƏSİLDİ – VİDEO

Məhkəmə MMA döyüşçüsü Zaur İsmayılovu abidə ilə “sparrinq” etdiyinə görə məcburi işlərə məhkum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İdmançının sosial şəbəkədə paylaşdığı videoda onun məşq etdiyi və “Rusiya FHN (Fövqəladə Hallar Nazirliyi) veteranları” abidəsinə zərbələr endirdiyi görünür.

O, həmçinin bürünc oğlan heykəlinin qolundan idman ləvazimatını (espander) keçirərək dartıb.

Məhkəmə onu memorial qurğunu təhqir etməkdə təqsirli bilib. Zaur İsmayılov günahını etiraf edərək əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə ona 1 il 6 ay (bir il yarım) müddətinə məcburi işlər cəzası təyin edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
74
interpress.az

1Mənbələr