AZ

Yunanıstan müharibəyə qoşulur? - RƏSMİ AÇIQLAMA

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Yaxın Şərqdə baş verən proseslərə münasibət bildirib.

“Yeni Sabah”ın xəbərinə görə, Blomberg-ə danışan hökumət başçısı bildirib ki, rəsmi Afina heç bir əməliyyatda iştirak etməyəcək.

“Avropa tərəfindən təsdiqlənmiş bir missiya olmadığı təqdirdə, Yunanıstan təkbaşına iştirak etməyəcək. Düşünürəm ki, hazırda belə bir missiyanın ehtimalı çox aşağıdır, - o, vurğulayıb.

Baş nazir İranla deyib:

“Biz Yaxın Şərqin struktur problemlərinin hərbi əməliyyatlar yolu ilə həll edilə biləcəyinə inanmırıq. Eyni zamanda, əlbəttə ki, İranın nüvə silahına sahib ola bilməyəcəyini və birbaşa qonşularını təhdid edə bilməyəcəyini tam olaraq qəbul edirik”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
56
yenisabah.az

1Mənbələr