AZ

"Milan" liderini satmağa qərar verdi - Transfer məbləği açıqlandı

"Milan"ın portuqaliyalı vingeri Rafael Leau yay transfer pəncərəsində İtaliya nəhəngindən ayrılacaq.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Mənbənin məlumatına görə, bir neçə xarici klub 26 yaşlı futbolçunun mümkün transferi ilə bağlı danışıqlara başlayıb. Maraqlananlar arasında xüsusilə İngiltərə Premyer Liqasının təmsilçiləri var.

"Rossoneri" danışıqlara hazırdır və mümkün transfer məbləğini açıqlayıb. "Milan" oyunçusunu 70 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, Leau 2019-cu ilin avqust ayından bəri "qırmızı-qaralar"da oynayır. O, bu mövsüm klubunda 24 oyun keçirib və bu oyunlarda on qol vurub, iki məhsuldar ötürmə edib.

Seçilən
35
fanat.az

1Mənbələr